RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL 2019.11.06 15:59

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

25

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademiyanın müxbir üzvü Məhəmməd Babanlı və koordinasiya birləşmələri şöbəsinin baş elmi işçisi, professor Etibar İsmayılov Türkiyənin Sakarya Universitetində elmi ezamiyyətdə olublar.

İnstitutdan bildirilib ki, alimlər Sakarya Universitetində keçirilən “Kimya elmləri və texnologiyaları üzrə V Beynəlxalq Türk Dünyası Konfransı”nda “Metal xalkogenidləri əsasında maqnit xassəli topoloji izolyator materiallarının dizaynı” və “Maye fazada benzolun fenola hidroksilləməsi reaksiyasında ölçü və quruluş effektləri” mövzularında plenar məruzələrlə çıxış edib, həmçinin institutun digər əməkdaşlarının stend məruzələrini təqdim ediblər.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları konfrans çərçivəsində keçirilən görüş zamanı əməkdaşlıq imkanları haqqında müzakirələr də aparıblar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı