Kənd təsərrüfatı sığortası müzakirə edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında kənd təsərrüfatı sığortası mövzusunda görüş keçirilib.
Görüşdə Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov, ASA-nın sədri Mustafa Abbasbəyli və ASA-nın nəzdində Kənd təsərrüfatı sığortası üzrə İşçi qrupunun nümayəndəsi iştirak edib.

“Kənd təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı sığortaçılar tərəfindən Qanun layihəsinə edilən düzəliş və əlavələr nəzərdən keçirilib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş Azərbaycanda kənd təsərrüfatı sığortası mexanizminin yaradılması və icrasının təmin edilməsi ilə bağlı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən “Kənd təsərrüfatı sığortası” haqqında Qanun layihəsi hazırlanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasında “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” layihəsi ilə əlaqədar 16 fevral tarixində İşçi Qrupu formalaşdırılıb. Sığorta şirkətlərinin nümayəndələri və müstəqil ekspertlərdən ibarət olan İşçi qrupunun mövzu üzrə üç görüşü keçirilib.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here