Keyfiyyətə Nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyas

Keyfiyyətə Nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyas

DəmirBank ASC Keyfiyyətə Nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis vakansiyasına işəqəbul elan edir.

İşin təsviri:

Bankın filialları üzrə müştərilərə göstərilən xidmətlərin yerinə yetirilmə səviyyəsini və keyfiyyətini yerlərdə yoxlamaq və müvafiq arayışlar hazırlayaraq şöbə müdirinə təqdim etmək;
Müştəri xidməti keyfiyyətinin müəyyən olunmuş standartlara uyğunluğuna nəzarət etmək;
Müştəri məmnuniyyətini davamlı olaraq izləmək və inkişafına nail olmaq üçün tədbirlər görmək;
Müştəri xidmətlərinin keyfiyyəti və yeni məhsul və xidmətlərlə bağlı işçilərin təlimatlandırılması zərurətini müəyyən etmək və şöbə müdirinə məlumat vermək;
Müştəri keyfiyyətinin nəticəsi olaraq müştəri dövriyyəsini (yeni və təkrar müştərilərin axınını) təhlil etmək;
Müştərilərə yüksək səviyyədə keyfiyyətli xidmətlərin göstərilməsi üçün şöbə müdirinə təkliflər vermək;
Müştəri məmnunluğunun ölçülməsi məqsədilə müştərilər arasında sorğular keçirmək, etirazlarını araşdırmaq və həlli istiqamətində tədbirlər görmək;
Müştəri xidməti keyfiyyəti ilə bağlı Bankın müştərilərlə işləyən əməkdaşlarına təlimlər keçmək;
Filiallarda müştəri xidməti səviyyəsinin ölçülməsi məqsədilə qiymətləndirmə sistemini təhlil etmək və inkişafı üçün tədbirlər görmək.

Namizədə qarşı tələblər:

Komandada işləmək bacarığına malik olmalı;
Ali təhsil (maliyyə, iqtisadi sahələrdə);
Analitik və yaradıcı düşüncə tərzi olmalı;
Sözügedən sahədə minimum 5 illik iş təcrübəsi;
Yaxşı təhliletmə və təqdimat bacarığının olması;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli. Rus və İngilis dilini bilənlərə üstünlük verilir;
Stres altında işləmə qabiliyyəti olmalı;
Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
Yüksək etik-davranış qabiliyyəti olmalı;
Bankda müxtəlif bölmələrdə iş təcrübəsinin olması üstünlükdür (həm kredit, həm də qeyri-kredit);
Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
Bankın müştəri xidmətinə aid olan bütün biznes proseslərini analiz etmək bacarığına sahib olmalı;
Analitik təhlil qabillətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 oktyabr 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Dialoq.info xəbər verir ki,müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Keyfiyyətə Nəzarət şöbəsinə aparıcı/baş mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə namizədlərin müraciətlərinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.