Kimyaçılar litium batareyaları üçün yeni material işləyib hazırlayıblar

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin əməkdaşları Suçou Universitetinin alimləri ilə birlikdə yüksək effektə malik litium batareyaları yaratmağa imkan verən material işləyib hazırlayıblar. Tədqiqatlar sonrakı emal olmadan enerji saxlama sistemlərində istifadə edilə bilən molibden sulfid və molibden oksid əsasında materialın işlənib hazırlanmasından ibarətdir. AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun internet saytına istinadla xəbər verir ki, tədqiqatlar zamanı alimlər nümunələrin xarakteristikasını göstərmək üçün elektron mikroskopiyasının yeni üsullarından və səthin analiz üsulundan istifadə ediblər. Yeni material ucuz, yüksək effektli litium batareyaları yaratmağa imkan verəcək. Bu cür elementlər telefonlarda, noutbuk və məişət texnikasında istifadə olunur.