“Kitab flaşmobu”

Əziz DİA tələbələri və kitab qurdları!
Həftə sonunu daha maraqlı keçirmək istəyirsinizsə, klub tərəfindən ilk dəfə keçiriləcək olan layihədə iştirak etməyə dəvət edirlər. Yeni layihə olan “Kitab flaşmobu” 08.11.2014-cü il tarixində saat 14.00-da keçiriləcəkdir.

Layihənin məqsədi insanların kitaba olan marağının artırılmasına vasitəçi olmaq və həmçinin insanları kitab oxumağa çağırmaqdır.

Dialoq.info xəbər verir ki, layihənin keçirilmə məkanı olaraq insanların daha çox istirahət etdiyi Milli Park – Bulvar ərazisi nəzərdə tutulmuşdur. Belə ki layihə iştirakçıları nəzərdə tutulan yerə gedərək, eyni anda kitab oxuyaraq insanların marağını öz üzərlərində cəmləşdirəcək.

Əgər Sənin də kitaba olan marağın sonsuzdursa, əgər Sən də insanları kitab oxumağa çağırmaq istəyirsənsə, bu layihə məhz sənin üçündür.

Bizə qoşulun, birlikdə oxuyaq, birlikdə əylənək!

Layihə koordinatoru – Farida Nasir

İştirak etmək istəyənlər ad və soyadlarını DİA Kitab Klubunun inboxuna -https://www.facebook.com/pages/DİA-Kitab-Klubu/874728439203847 göndərmələri xahiş olunur!

Son qeydiyyat tarixi: 7 noyabr 18-00
Qeyd: Bu layihə yalnız DİA tələbələri üçündür!

Əlaqə nömrəsi: 051-430-94-57- Təbriz Abdulmənəfov