Kömək edəyin…

Yardım edək. Laqeyd qalmayaq. Məlumatı paylaşaq və yayaq.

“Afər Mirəlizadə 1990-cu il 16 avqust anadan olmuşdur. 2009-cu ildə, 19 yaşındaykən beynində xoşxassəli şiş aşkarlanmış və Türkiyənin, İzmir şəhərinin Ege xəstəxanasında əməliyyat olunmuşdur. Şişin növü plastik astoristoma idi, beyin kötüyündə yerləşirdi. Ölçüsü 5 sm idi. Həkimi əməliyyatın uğurlu keçdiyini bildirdi, lakin əməliyyat sonrası düzgün proflaktik tədbirlərin görülməməsi səbəbindən 14 gün sonra komaya girdi. Həkimlər komaya girmə səbəbini bele açıqladılar: Əməliyyatdan sonra beyninə boru taxmışlar ki, artıq su çıxsın, lakin yara tam sağalmadığı üçün yaranın artıqları gedib borunun ağzın tutmuş və su çıxa bilməmiş. Beləliklə xəstə baxıcılarının məsuliyyətsizliyi ucbatından 17 saat bu vəziyyətdə qalmış və çıxa bilməyən artıq su beynindəki sinir mərkəzlərini sıxıb zərər yetirmiş və komaya düşmüşdür. Bu vəziyyətdə 2 ay yarım komada qaldı. Komadan çıxdıqdan sonra normal həyat fəaliyyətlərində bəzi qüsurlar aşkarlandı: 1. Udqunma prosesi zəifdir, yəni qismən udquna bilir, boğazında traxasoma yerləşdirilib. 2. Udqunma problemi olduğu üçün normal ağızdan qidalana bilmir. Mədəsinə taxılmış boru vasitəsilə qidalanır. 3. Sərbəst yerimə qabiliyyətində qüsurlar əmələ gəldiyi üçün yatılı vəziyyətdən sərbəst qalxa bilmir, ikinci bir şəxsin köməyi olmasa nə ayaqda dura bilir, nə də addım ata bilir. Bu dözülməz hallarla 6 ildir ki, yataq şəraitində yaşayır. Bacımın üzləşdiyi bu xəstəliklə əlaqədar ölkəmizdə fəaliyyət göstərən ən qabaqcıl xəstəxanalarla (özəl tibb mərkəzləri ilə) konsultasiyalar aparmışıq. Təəssüf ki, heç bir həkimdən ümidverici rəy ala bilməmişik. Bu cür xəstələrin Azərbaycanda reabilitasiyası və sağalması üçün şərait olmadığına görə Avropa xəstəxanalrına müraciət etmək məcburiyyətində qalmışıq. Müraciət etdiyimiz xəstəxanalardan (Türkiyə, Rusiya, İran) heç birindən müsbət cavab gəlmədi. Həkimlərin bacımda olan qüsurların fizioterapiya ilə aradan qalxacağını deyirlər və gənc olduğu üçün fizioterapiyaya tez cavab vereceyini vurğulayırlar. Bu işdə bizə yaxından kömək edən cox yaxın bir insanın Almaniyada yaşayan həmyerlimiz vasitəsiylə araşdırmalar aparmış və Almaniyada olan klinikalarla uzun müddət danışıqlardan sonra beyin xəsarətləri alan xəstələrin sağaldığı “Helios Klinik Holthausen” fizioterapiya mərkəzini tövsiyyə etmişlərdir. Biz bu fizioterapiya mərkəziylə əlaqə saxlayıb, bacımın üzləşdiyi problemlərlə tanış etdik və həmyerlimizin vasitəsiylə bacımın bütün müayinələrinin nəticələrini Almaniyaya göndərdik. Müayinələrin cavablarıyla tanış olduqdan sonra bizi qane edəbiləcək cavablar verib, bacımı ora dəvət etdilər. Müalicə müddəti 6 həftə olacaqdır. Bu zaman ərzində bacım həkimlərin ciddi nəzarəti altında intensiv fizioterapiya və rehabilitasiya keçəcək. Bu müalicə kursunun bütün xərclər daxil (müayinə və yol xərci daxildir) 40.000 euro olduğunu bildirdilər. Afərin düçar olduğu xəstəliyin ilk günlərindən bugünə qədər ailəmizdə yetərincə vəsait qalmadığı üçün bütün yardımsevər insanlardan bacıma kömək etmələrini xahiş edirəm. Bacımın sağalıbda hər kəs kimi Allahın ona bəxş etdiyi bu gözəl həyatı yaşamaq ümidi ilə ailəmizin, sizlərin dualarınıza və dəstəklərinizə ehtiyacımız vardır. “Kim bir müsəlman qardaşının bir çətinliyini aradan qaldırarsa, Allah da, onun qiyamət çətinliklərindən bir çətinliyini aradan qaldırar” Məhəmməd peyğəmbər (s.a.v)”

BANK HESABI Azərbaycan Beynəlxalq Bankı Binəqədi filialı Kod: 805584 Müxbir hesab: AZ03NABZ01350100000000002944 Vöen : 9900001881 S.W.I.F.T.: İBAZAZ2X Müştərinin adı: Məmmədov Sadiq Mirəli oğlu İban nömrəsi: AZ951BAZ33801019441608930202 (AZN HESAB) İban nömrəsi: AZ191BAZ33811018401608930202 (USD HESAB) KART HESABI Bank Respublika OJSC Kod: 507547 Müxbir hesab: 0137010014944 Vöen: 9900001901 S.W.I.F.T.: BRESAZ22 Müştərinin adı: Mammadov Sadıq İban nömrəsi: AZ19BRES00381184001147554601 Əlaqə nömrələri +994 51 724 52 58 +994 55 918 40 89