RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Komissiya sədri: “İranın siyasəti müharibə başlatmamaqdır”

9

“Heç kəs İranın “Vasitəçilik müharibəsi”nə (Proxy war) girdiyini iddia edə bilməz”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Hişmətullah Fəlahətpişə Norveç sığorta şirkətinin İranın BƏƏ gəmilərində təxribat törətməsi ilə bağlı xəbərdarlığına münasibət bildirərkən deyib.

“Bölgə oyunçularının bəzisi çalışır ki, Fars Körfəzində onsuz da həssas olan sabitliyi sarsıtsın və öz mənafeyini gücləndirsin. Biz İran olaraq təhqiqatın başa çatmasını gözləyirik. ABŞ-ın regiona ayağını açmaq istəyənlər müharibə arzusundadırlar. Onlar öz siyasətlərini icra etməkdədirlər və Fars Körfəzi Əməkdaşlıq Şurasından da əcnəbi hərbi qüvvələrin iştirakı üçün lazımi icazəni alıblar. Bu kimi hərəkətlər və addımlar şübhəlidir və düşünürük ki, bunun qarşısı alınmalıdır”,-deyə o bildirib.

Parlament üzvü deyib ki, İran heç bir zaman heç bir “vasitəçilik müharibəsi”nə qoşulmayacaq: “İranın siyasəti müharibə başlatmamaqdır və buna görə hər hansı bir yerdə nəsə baş verərsə, bu, bizim siyasətimizin parçası deyil”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı