RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Könlüm keçir Qarabağdan” adlı rəsm müsabiqəsi elan olunur

567

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Könlüm keçir Qarabağdan” adlı layihənin icrası  ilə əlaqədar  rəsm müsabiqəsi elan olunur. Müsabiqə Ağstafa, Qazax və Tovuz rayonlarını əhatə edir. Müsabiqənin şərtləri:

  1. Müsabiqə iştirakçılarının yaşı 14 yaşdan 29 yaşa qədər olmalıdır.
  2. Müsabiqəyə təqdim edilən rəsm işinin ölçüsünə məhdudiyyət qoyulmur.
  3. Rəsmin işlənmə texnikası rəngkarlıq, qrafika və ya qarışıq texnika olmalıdır.
  4. Rəsm işlərinin mahiyyəti Qarabağın dünəni, bu günü, sabahı, Onunla bağlı arzu və düşüncələri, füsunkar təbiəti, maddi və mənəvi sərvətlərini əhatə etməlidir.
  5. Hər bir iştirakçı 2 (iki) rəsm işi ilə iştirak edə bilər.

Hazır rəsm işləri 25 iyul  2015 – ci il tarixdən gec olmayaraq şəxsən və ya poçt vasitəsi ilə doldurulmuşanketi şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə  Ağstafa şəhər Heydər Əliyev Mərkəzinə təqdim olunmalıdır. İştirakçıların hər biri sertifikat, münsiflər heyəti tərəfindən xüsusilə seçilən işlər diplom və  dəyərli  hədiyyələrlə təltif ediləcəkdir. Müsabiqənin sonunda böyük bir tədbir, sərgi və təqdim edilən rəsm işlərindən ibarət kataloq çapı nəzərdə tutulmuşdur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı