RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Konqresə ilk dəfə müsəlman qadın seçiləcək

14

ABŞ Konqresinə müsəlman qadın seçiləcək.
Xarici KİV-in məlumatına görə, Miçiqan ştatında keçirilən səsvermənin ilkin nəticələrinə əsasən, Fələstin əsilli amerikalı Raşida Tlaib ABŞ Konqresinin nümayəndələr palatasında öz yerini təmin edərək bu qanunverici orqanda ilk müsəlman qadın olacaq.

Məlumata görə, Tlaib müstəqil namizədlərin və Respublika partiyasının iştirak etmədiyi seçkilərdə Demokratik partiyanın namizədi qismində qələbə qazanıb.

Bu isə o deməkdir ki, aralıq seçkilərində Tlaibin rəqibi olmayacaq və o, Konqresin nümayəndələr palatasında Miçiqan ştatını təmsil edəcək.

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri 2018-ci ilin noyabrında keçirilməlidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı