RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Konqres üçün könüllü gənclər tələb olunur

665

Əsasən Tibb Universitetində oxuyan gənclərin nəzərinə! Bu sizin üçün əvəzsiz təcrübə olacaq!

2015-ci il 19-21 noyabr tarixlərində keçiriləcək olan Türkdilli ölkələrin 1ci Ginekoloji Konqresi üçün könüllü gənclər tələb olunur

Bu konqres tibb sahəsində dünya şöhrəti qazanmış həkimlərlə canlı ünsiyyət qurma imkanı və könüllülükdə əvəzsiz təcrübə qazanmaq istəyən gənclər üçün möhtəşəm bir imkandır.

Qeyd edək ki, ərizəçilər aşağıdakı tələblərə cavab verməlidir: 1. 16-26 yaşlarında. 2. Ünsiyyət və təqdimat bacarıqları olan. 3. Dil bilikləri olan 4. Çevik və aktiv işləmə bacarığı olan

Könüllülərin Görəcəyi İşlər

• Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək İctimai Birliyi tərəfindən dəvət edilmiş beynəlxalq həkimlərə gün ərzində yardımçı olmalı və bələdçilik edəcəklər • Lazım gəldikdə şifahi tərcümələr etməli ( İngilis-Azərbaycan-Rus dilləri) • Seminar və mühazirələr zamanı texniki yardım göstərəcəklər

Bütün könüllülər Fatii Group tərəfindən rəsmi sertifikat alacaq və Fatii Group tərəfindən təşkil edilmiş bütün tədbirlərə (rəsmi açılışlar da daxil olmaqla) sərbəst giriş imkanı əldə edəcəklər.

Proqrama qoşulmaq istəyənlərdən [email protected] ünvanına CV-lərini göndərmələri xahiş olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı