RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Könüllülər Yurdu-Azərbaycan” layihəsi Masallıda

421

20-22 sentyabr tarixlərində  “ASAN Könüllüləri” Təşkilatı Masallı rayonunda könüllülük fəaliyyətinin təbliği  məqsədilə “Könüllülər Yurdu-Azərbaycan” layihəsini keçirib. Açılış mərasimində Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı və Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov iştirak edib və layihənin gənclər arasında yüksək marağa səbəb olmasını və region gənclərinin mariflənməsi yönümündə çox uğurlu nəticələr verdiyini qeyd ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihəydə Masallı və ətraf rayonlarından ümumilikdə 60 gənc iştirak edib. İlk növbədə iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr”, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib.  Daha sonra layihə iştirakçıları, 100 ailəyə könüllük fəaliyyəti və “ASAN xidmət”in göstərdiyi xidmətlər ilə bağlı maarifləndirici bukletlər (məlumat vərəqləri) paylayıblar.

 

Layihə iştirakçıları Qurban bayramı ərəfəsində Masallı rayonunda yaşayan şəhid ailələrilə görüşüb, bayramlaşıblar.

Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri ilə yanaşı 6 regionu əhatə edən “Könüllülər Yurdu – Azərbaycan” layihəsinin əsas məqsədi könüllü fəaliyyətini gənclər arasında təbliğ etmək və bununla da sosial-ictimai sahədə regionda yaşayan gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir.  Onuda qeyd edək ki, layihə ümumilikdə 600 gənci əhatə edib və 50 000 ailə “ASAN xidmət”in göstərdiyi xidmət ilə bağlı maarifləndirilib.

Bununla da ilin ən böyük layihəsi missiyasını başa vurub.

unnamed unnamed (2) unnamed (1)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı