RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verildi

413

“ASAN Könüllüləri” Təşkilatı 4 sentyabr 2015-ci il tarixindən regionlarda könüllülük fəaliyyətinin təbliği  məqsədilə “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçiriləcək layihə Bakı, Sumqayıt, Sabirabad, Bərdə, Gəncə, Qəbələ, Quba, Masallı və ətraf rayonları əhatə edəcək.

600-ə yaxın gəncin iştirak edəcəyi layihədə iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr” karyera mərkəzi, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçiriləcək.

Layihə çərçivəsində uşaqlar (qocalar) evinə ziyarət, az təminatlı ailələrin evinin abadlaşdırılması, ətraf mühitin tullantılardan təmizlənməsi və bu kimi bir çox  sosial yönümlü aksiyalar həyata keçiriləcək.Layihə iştirakçıları üçün “ASAN xidmət” mərkəzlərinə ekskursiyalar təşkil olunacaq. Həmçinin layihə ərzində 50 000 ailəyə könüllük fəaliyyəti ilə bağlı marifləndirici bukletlərin (məlumat vərəqləri) paylanılması nəzərdə tutulub.

Qeyd edək ki, 15 gün davam edəcək layihənin əsas məqsədi könüllü fəaliyyətini təbliğ etməklə gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla da sosial-ictimai sahədə regionda yaşayan gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı