RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Könüllülər Yurdu –Azərbaycan” layihəsinin Bakı şəhəri üzrə açılış mərasimi keçirilib

358

8 sentyabr tarixlərində  “Könüllülər Yurdu –Azərbaycan” layihəsinin Bakı şəhəri üzrə açılış mərasimi keçirilib.

4 Saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilən mərasimdə “ASAN Könüllülər” təşkilatının sədri cənab Fərid Sadıxlı, Sabunçu rayon İcra Hakimiyyəti başçısının İctimai Siyasi və Humanitar məsələlər üzrə müavini  Arzu xanım Məmmədova, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi cənab Rakif Əliyev çıxış ediblər. Çıxış zamanı bildirilib ki,  artıq könüllük fəaliyyəti gənclər arasında geniş vüsət alıb və bu fəaliyyət gənclər üçün həm faydalı həm də marifləndiricidir. Regionlarımızda da bu fəaliyyəti təbliq etmək məqsədilə həyata  keçirilən “Könüllülər Yurdu – Azərbaycan” layihəsi  təqdirə laiqdir. Daha sonra tədbirdə iştirak edən Balaxanı, Bülbülə, Buzovna, Bilgəh, Maştağa və Bakının digər  qəsəbələrindən olan məktəblilərə könüllük fəaliyyətilə bağlı müxtəlif təlimlər keçirilib.

Qeyd edək ki, Bakı şəhərilə yanaşı Bərdə rayonunda da “Könüllülər Yurdu-Azərbaycan” layihəsinin açılış mərasimi keçirilib. Akademik Zərifə  Əliyeva adına Bərdə şəhər məktəb-liseyində keçirilən açılış mərasimində Bərdə “ASAN xidmət” mərkəzinin direktor müavini cənab Turqut Mustafazadə, Bərdə şəhər İcra Hakimiyyəti Başçısının müavini cənab Fəqət Şadlinskaya, Bərdə şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Anar Şahbazov iştirak edib və gənclərin bu təşəbbüsünü yüksək qiymətləndiriklərini bildirərək onlara uğurlar arzulayıblar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihəydə Ağdam, Yevlax və Bərdə rayonlarından ümumilikdə 60 gənc iştirak edib. İlk növbədə iştirakçılara “Şəxsi inkişaf”, “Könüllülüyün fəlsəfəsi və tarixi”, “ASAN Könüllüləri” təşkilatı, “ASAN School” könüllülük məktəbi və “ASAN Kadr”, “Dövlət orqanlarının şəxsi inkişaf üçün yaratdığı imkanlar” mövzularında müxtəlif təlimlər keçirilib.  Daha sonra layihə iştirakçıları Sabirabad “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

 

Layihə çərçivəsində gənclər könüllük fəaliyyətini praktiki cəhətdən öyrənilməsi məqsədilə rayon ərazisində yaşayış binalarının ətrafını tullantılardan təmizləib həmçinin 100 ailəyə könüllük fəaliyyəti və “ASAN xidmət”in göstərdiyi xidmətlər ilə bağlı maarifləndirici bukletlər (məlumat vərəqləri) paylayıblar.

 

Qeyd edək ki, Bakı, Sumqayıt şəhərləri ilə yanaşı 6 regionu əhatə edəcək “Könüllülər Yurdu – Azərbaycan” layihəsinin əsas məqsədi könüllü fəaliyyətini gənclər arasında təbliğ etmək və bununla da sosial-ictimai sahədə regionda yaşayan gənclərinin rolunun artırılmasına nail olmaqdan ibarətdir.  Onuda qeyd edək ki, layihə 600 gənci əhatə edəcək və 50 000 ailə “ASAN xidmət”in göstərdiyi xidmət ilə bağlı maarifləndiriləcək.

unnamed (3) unnamed (4) unnamed (5)

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı