RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Könüllünün uğur hekayəsi” layihəsi

294

Sən də öz könüllü hekayəni gənclərlə bölüş!

Əziz gənclər,

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Könüllünün uğur hekayəsi” layihəsinə start verilir.

Layihənin əsas məqsədi könüllülük hərəkatının təbliğatını aparmaqla gəncləri könüllü olmağa həvəsləndirmək, könüllü gənclərin fəaliyyətini stimullaşdırmaq və onların öz uğurlu könüllülük təcrübəsini digər gənclərlə paylaşmalarına şərait yaratmaqdır.

Qeyd edək ki, layihə müsabiqə şəkilində həyata keçiriləcək. Layihədə iştirak edərək öz könüllü hekayəsini ictimaiyyətlə paylaşmaq istəyən gənclər “Könüllünün uğur hekayəsi” başlığı altında yazdıqları hekayəni [email protected] ünvanına göndərə bilərlər.

Gənclər tərəfindən göndərilən 10 ən yaxşı hekayə kitab şəkilində çap olunub ictimaiyyətə təqdim olunacaq. Həmçinin, layihə çərçivəsində gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi, o cümlədən onların yerli və beynəlxalq könüllülük proqramları haqqında məlumatlandırılması üçün “Könüllü ol!” seminarı keçiriləcək. Layihənin sonunda qalib gənclər mükafatlandırılacaq.

Layihə haqqında ətraflı məlumat əldə etmək üçün sizləri 23 yanvar 2016-ci il tarixində saat 12:00-da Gənclər Evində (Süleyman Rüstəm 15H, 28 metrosu yaxınlığında) keçiriləcək “Könüllünün uğur hekayəsi” layihəsinin təqdimat mərasiminə dəvət edirik. Layihədə iştirak etmək istəyən gənclər iştirak şərtlərini öyrənmək üçün təqdimat mərasimində iştirak edə bilərlər.

Layihə rəhbəri: İlhamə Qasımzadə
Əlaqə nömrəsi: 0556255979

Təqdimat mərasimində iştirak etmək üçün qeydiyyatdan keçin:

Qeydiyyat

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı