“Kredit Risklərinin gündəlik idarəedilməsi üzrə böyük mütəxəssis” vəzifəsi

“Kredit Risklərinin gündəlik idarəedilməsi üzrə böyük mütəxəssis” vəzifəsi

“AGBank” “Kredit Risklərinin gündəlik idarəedilməsi üzrə böyük mütəxəssis” vəzifəsinə işə qəbul elan edib. Dialoq.info-un banka istinadən yaydığı məlumata görə, namizədlər ali təhsilli olmalı, Azərbaycan və rus dillərində sərbəst danışmağı, MS Office proqramlarında işləməyi bacarmalıdır. İngilis dili bilikləri arzu olunandır. Bank sahəsində (Risklərin idarəedilməsi və kreditlər üzrə) minimum 1 il iş təcrübəsi tələb edilir.

Əsas vəzifə öhdəlikləri:

– Bankın filiallarında verilən kreditləri təhlil etmək və risklərin azaldılmasına yönəldilmiş tövsiyyələr vermək;

– Bankın prosedur qaydalarına və Azərbaycan Mərkəzi Bankının normativ aktlarının tələblərinə uyğun işin qurulmasına nəzarət etmək;

– Filiallar üzrə kredit portfelinin fəaliyyətinə gündəlik nəzarəti həyata keçirmək;

–  Bankın kredit prosedurlarının və digər qaydalarının hazırlanmasında iştirak etmək;

– Kredit alətlərinin və məhsullarının hazırlanmasında iştirak etmək;

Maraqlananlar öz CV-lərini zaurci@agbank.az (Zaur Izmaylov) electron poçt ünvanına göndərə bilərlər. Məktubun mövz hissəsində “Kredit Risklərinin gündəlik idarəedilməsi” yazılmalıdır.