RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisi” vakansiyası

358

Embafinans” Bank Olmayan Kredit Təşkilatı aşağıda qeyd olunan regionlar üzrə “Kredit şöbəsinin istehlak kreditləri üzrə kiçik mütəxəssisi” vakansiyası elan edilir:

  • Şabran
  • Göran
  • İsmayıllı
  • Mingəçevir
  • Şəmkir
  • İmişli
  • Ağsu
  • Ağdaş
  • Tərtər
  • Şəki
  • Qax
  • Balakən
  • Saatlı
  • Sabirabad
  • Qəbələ
  • Gəncə
  • Astara

Əsas vəzifə və öhdəliklər: 

• Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar: 

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznes, idarəetmə, hüquq və s.)
• İş təcrübəsi – mütəxəssislərə ən azı 1 il
kiçik mütəxəssilərə iş təcrübəsi tələb olunmur (arzuolunandır)
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
• Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
• Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
• Cinsi: Kişi
• Yaş həddi: 20-27 yaş
• Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək
• Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Müracət və seçim qaydaları:
CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir.
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və region mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.

Yalnız ilkin seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə çağırılacaq.
Lütfən qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
Lütfən telefon vasitəsilə müraciət etməyin.

İş qrafiki: 5 gün / saat 10.00-18.00 (şənbə 10.00-15.00)

Əməkhaqqı:
• Kiçik mütəxəssislər: 360 AZN+aylıq bonus
Aylıq bonus verilmiş kreditlərin məbləğinə və portfel qalığına görə hesblanır

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı