“Kulturologiya və güclü dövlət”

Qərbi Kaspi Universitetində Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar cəmiyyəti Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Kulturologiya və güclü dövlət” mövzusunda kulturoloji seminar keçirib.
Seminarda kulturoloq, “Simurq” AMA-nın prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru Fuad Məmmədovun “Kulturologiya, mədəniyyət və güclü dövlət”, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, “Simurq” AMA-nın rəyasət heyətinin üzvü, əməkdar müəllim Firdovsiyyə Əhmədovanın “ADR-da dini və etnik xüsusiyyətlərin tənzimlənməsi dövlət siyasəti”, kulturoloq, tarix üzrə fəlsəfə doktoru, BDU-nin Beynəlxalq münasibətlər fakültəsi Politologiya kafedrasının dosenti, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədr müavini, əməkdar müəllim Tahir Behbudovun ”Mədəniyyət və milli təhlükəsizlik”, Qərbi Kaspi Universitetinin İctimai elmlər kafedrasının Azərbaycan tarixi fənni müəllimi Elşad Əzimovun “ADR-nın mədəni quruculuq sahəsindəki tədbirləri” mövzularında təqdimatları dinlənilib.
Seminarda ictimaiyyət nümayəndələri iştirak ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here