Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar təhvil verilib

Lənkəranda qazıntılar zamanı aşkar edilən qədim dövrə aid maddi-mədəniyyət nümunələri Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Muzeyə təhvil verilən yeni eksponatlar əsasən keramika və tunc məmulatlarıdır.

Yerli və xarici turistlərin daha çox ziyarət etdiyi muzeydə hazırda 6583 eksponat qorunub saxlanılır.

Altı bölmədən ibarət muzeyə son vaxtlar 30 minə yaxın turist gəlib. Onlardan 16 mindən çoxu rayona ekskursiya edənlərdir.

Ötən il muzeyə gələn turistlər əsasən Rusiya, İran, Almaniya, İsveç, İsveçrə və ABŞ vətəndaşları olublar.

Qeyd edək ki, Lənkəranda “Xan evi” kimi tanınan Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1913-cü ildə Talış xanı Mirəhməd xanın sifarişi ilə Avropadan dəvət edilmiş memarlar tərəfindən inşa olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here