Lalə A-va – Öz uğurum

Lalə A-va

Öz uğurum.
Həyat həmişə bizə hər şeyi qizil qabda bəxş etmir.Çox vaxt bir yerlərə çatmaq üçün nələrəsə can atmalısan,baş qoymalısan,bəzən risk etməyi bacarmalısan,çətinliyi görüb geri çəkilmək acizlikdi və biz o çətinliyə qalib gələn gizli məni tapmalıyıq özümüzdə.Bəli gizli məni.Hər insanın daxilində gizli bir mən yatır .Onu oyadıb istifadə etmək ,özümüzə qazandırmaq ,cəmiyyətə qazandırmaq bizim əlimizdədi.Yadımıza uşaqlığımızı salaq,kimsə ən sevdiyiniz oyuncaqları bizdən alıb balaca bacı-qardaşımıza verəndə , ağladığımız,o hirs dolu oyuncağı alma çabaları,indi hansımızda qalıb axı bu cür inad? indi deyəcəksizniz ki oyuncaqla ,hansısa uğuru və ya işi qazanmağın nə əlaqəsi.Amma unutmayaq ki, elə həyatın özüdə bir oyundu sadəcə hamıya ayri ayri rollar paylanıb və şərt budu baş rolu oyunda rolunu yaxşı icra edən alır.İşin sonuna kimi qəhrəmanın kim olduğu bəlli deyil əslində.Bəzən səhnədə 2-3 saat rol alan heç alqış almazkən ,biri gələr 5dəqiqə səhnədə rol alar bütün oyunu alar aparar və inanları çixişi ilə özünə heyran qoyar.Bunun üçündə çalışmaq lazımda biraz efor sərf etmək lazımdı.Kim nəyi asanlıqla qazanıb ki bu həyatda?yada hamı tacir övladi olaraq doğulmayıb ki? Əgər istəyib ,xəyal qurub amma heç bir əmək sərf etmədən gözləyirsənsə ortada hansı uğurdan söhbət gedə bilər axı?!Nələrisə qazanmaq üçün nələrdənsə əl çəkməlisən bəzən.Boş vaxtini sərfəli istifadə etməklə yada kitab oxumaqla,bunlar üçün pula eytiyac yoxdur məncə.Ağıl ki pulla alinmır.
Psixologiyada daxili mən deyə bir anlayış var .Hər bir insanın potensiyalı, məhz üzə çixara bilmədikləri və ya bildiklərinin toplusu deyərdim buna.Əgər uğur əldə etmək istəyirsənsə öncə özünə inam olmalıdı insanda ,sonra isə özünü görmək istədiyi pilləyə çiynində addım addım daşımalısan…
Məsələm çətinliklərə alişmağı öyrənməlisən ,düşünün ki qaranlıq bir otağa daxil olursuz ilk öncə hər şey sizə qaranlıq gələcək ,hansi ki alişana kimi müəyyən bir müddət sonra isə görəcəksinizki otaqdaki qaranlığa alişmisiziniz və artiq qaranlıq sizə get gedə aydinlanacaq ,qisməndə olsa görəcəksiniz.Uğura gedən yolda belədi birinci qaranlıq olaraq görünür sonra çalışırsan və aydinlanır hər şey.
Bir çox insan tez ruhdan düşür və buda onları uğursuzluğa aparır amma bu yazını yazarkən və araşdırma edərkən bir çox halla qarşılaşdım ,maraqlı hekayələrlə tanış oldum.Bunu da öyrəndim ki ,uğur psixologiyasını qaldırmaq üçün özundən qabaq həyatda uğur qazanmış olan insanların həyatları və onları uğura aparan yollarla tanış olmalısan.Bir sira hamımızın tanıdığı məhşurarın uğura gedən yolları ilə tanış olaq.Bilmək olmaz bəlkədə elə bu yazını oxuyan sizdə birgün öz uğurunuzla hamının dilində dolaşacaqsınız.
Pablo Pikasso
Hamımızın tanıdığı məhşur rəssam. Doğumu olduqca çətin olub.11 yaşına qədər oxumaq, yazmaq və hesablamağı öyrənə bilməyib. İmtahanlarından müəllimlərinin yardımı ilə keçib. Miqren eyni zamanda dikleksiya xəstəsi idi. Bir müddət həyatını pulsuz və ac yaşayıb. Bir rəsmin 36 fərqli versiyasını yaradıb. Bu işi ilə dövrün sənətkarlarını təqlid etməkdə günahlandırılıb. Ancaq o, 20-ci yüzilliyin ən məşhur rəssamı olub. Həyatı boyunca 22 mindən çox sənət əsəri yaradıb.
Digər bir məhşur icad Albert Enşteyn 4yaşına qədər danışa bilməyən alim danışmağa kəkələyərək başlayıb.Öyrənməkdə ciddi çətinlik çəkirdi.Buna görə də müəllimləri valideynlərinə “bu uşaq məktəbi bitirə bilməz, o heç vaxt uğur qazanmayacaq”Amma o adinin qabağına Dahi sözünü yazdırmağı bacardı.
buna dair bir çox misallar var.
Əgər sizdə çalışsanız ,özünüzə inansanız və bu yolda addimlamaq istəsəniz əmin olunki bəhrəsini görəcəksizniz.
Bəlkədə kor əlifbasını icad edən ilk alimin gorməməsi kimi çətin amma xeyirli bir yol sizi gözləyir.Sabaha saxlamadan başlayın və bu gün ilk addımınızı atın,yixilmaqdan qorxmayın, yoxsa qalxmağı heç vaxt öyrənə bilməzsinizn.Uğur sənin özünsən unutma.