RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.11.08 15:30

Lavrov İrəvanda Qarabağı müzakirə edəcək

20

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10 və 11-də Ermənistana rəsmi səfər edəcək.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, iki günlük səfər zamanı Lavrov Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Armen Sarkisyan və həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək.

Zaxarovanın sözlərinə görə, Lavrovun Ermənistan tərəfi ilə görüşləri zamanı ikitərəfli əməkdaşlığın geniş spektri, o cümlədən KTMT, Avrasiya İqtisadi İttifaqı və regional təhlükəsizlik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə ediləcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı