Layihə çərçivəsində Gəncədə təmizlik aksiyası keçilib

“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi “Təbiət bizim evimizdir” layihəsini həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunan layihənin əsas məqsədi ətraf mühitin çirklənməsinin qarşısını almağa yardımçı olmaq və gələcəyin sağlam inkişafı üçün təmiz nəfəs  düsturunu formalaşdırmaqdır.

Gəncə şəhərində icra olunan layihə çərçivəsində Xan bağında təmizlik aksiyası keçilib. Aksiyada şəhərin yeniyetmələri və gəncləri böyük həvəslə iştirak ediblər. Aksiya vasitəsi ilə əhaliyə ətraf mühitin qorunması və mühafizəsi üçün mesaj oturdurulub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here