“Legal Art” müsabiqəsi

İncəsənət insanları birləşdirməyə və sülhü təmin etməyə qadir qüvvədir. İncəsənət vasitəsilə fərqlilikləri dərk edirik, hətta düşüncələrimizi belə dəyişirik.Bəzən demək istəyib də, deyə bilmədiklərimizi bir rəsm əsəri dolğun ifadə edə bilir. Bütün bunlardan ilhamlanaraq ELSA Azərbaycan incəsənətin gücü ilə sosial məsuliyyətin əhəmiyyətini geniş ictimaiyyətə çatdırmaq məqsədilə “Legal Art” müsabiqəsinə start verir.

Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:

* İştirakçılar üçün təlimlər (15,16 noyabr)

* İştirakçılar tərəfindən çəkilmiş, sosial məsuliyyəti ifadə edən əsərlərin sərgisi (23 noyabr)

* Sərgi zamanı qalib rəsmlərin elan edilməsi

Layihədə hər kəs iştirak edə bilər .

Qeydiyyat : 12 noyabr tarixində başa çatacaq.

Qaliblər dəyərli mükafatla təltif olunacaqlar

Qeydiyyatdan aşağıdakı link vasitəsiylə keçə bilərsiniz :
http://goo.gl/forms/nG9tHgF8mH

“Legal Art” beynəlxalq heyət tərəfindən təşkil olunan “ELSA day” layihəsi çərçivəsində həyata keçirilir.