RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Legal Debat ” layihəsi

676

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının və Avropa Hüquqşünas Tələbələr Assosiyasiyasının (ELSA) təşkilatı dəstəyi ilə “Legal Debat” layihəsinə start verilmişdir.

Layihənin əsas məqsədi qeyri ənənəvi təhsil metodundan – “Legal Debat” dan istifadə etməklə gənclərin hüquqi biliklərinin parktikada – debat turnirində möhkəmləndirilməsi, natiklik bacarığının artırılması, eləcə də hüquqi baxımdan analiz etmək bacarığının formalaşdırılmasıdır.

Layihə çərçivəsində təlimçilər tərəfindən gənclərin hüquqi maarifləndirməyə marağının yüksəldilməsi, qoyulan mövzulara uyğun əhəmiyyətli müzakirələr aparılması, effektiv qərar qəbul edilməsi bacarıqlarını aşılamaq üçün “Hüquqi düşüncə və hüquq mədəniyyəti” ,“ Natiqlik”, “Legal debat” təlimlərinin keçirilməsi nəzərdə tutulur. Təlimlər yekunlaşdıqdan sonra 3 mərhələdən ibarət yarışlar təşkil olunacaq. İlk 3 yeri tutan komandalar hədiyyələrlə, bütün iştirakçılar sertifikatlarla təltif ediləcək.

Layihədə iştirak üçün 18-25 yaş arası gənclər müraciət edə bilərlər.

Əgər siz də “Legal Debat ” layihəsinin iştirakçısı olmaq istəyirsinizsə, aşagıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:

https://docs.google.com/forms/d/1kfsGV7sX-QQqIUfpU32eCh45ZTsK1KmgK6thAZMKM3M/viewform?c=0&w=1

SON QEYDİYYAT TARİXİ : 27.09.2015

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı