Lənkəran Dövlət Universitetində “Gənc nəslin sağlamlığında polisin rolu” mövzusunda müzakirələr aparılıb

Lənkəran Dövlət Universitetində keçirilən maarifləndirici tədbirdə “Gənc nəslin sağlamlığında polisin rolu” mövzusunda müzakirələr aparılıb.

Bölgə müxbiri xəbər verir ki, daxili işlər orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş tədbirin məqsədi ictimai qaydaların və ictimai təhlükəsizliyin təmin olunmasında gənc nəslin fəallığını artırmaq, eyni zamanda cəmiyyətdə polisə qarşı etimad və rəğbət hissinin gücləndirməkdir.

Tədbir iştirakçılarına narkomaniya, onun cəmiyyətə vurduğu zərərlər barədə də ətraflı məlumat verilib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər görməklə yanaşı, həm də gənclərlə bu məsələ ilə vaxtaşırı görüşlər keçirir.

Sonra narkomaniya və onun fəsadlarından bəhs edən videoçarx nümayiş etdirilib, narkotik vasitələrin zərərli təsirləri və səbəb olduğu sağalmaz xəstəliklər haqqında bukletlər paylanılıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here