Lerikdə 3 ayda 476 iş yeri açılıb

Lerikdə keçirilən hesabat yığıncağında bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. SİA xəbər verir ki, hesabat məruzəsində və çıxışlarda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ının icrası istiqamətində müəyyən işlərin görüldüyü qeyd olunub.

Bildirilib ki, bu ilin birinci rübündə rayonda 476 iş yeri açılıb. Bunun 105-i daimi iş yerləridir. Ötən il rayonda 52 nəfər işaxtaran vətəndaş özünüməşğulluq layihəsinə cəlb edilib. Bu il isə 15 nəfərin bu layihəyə cəlb edilməsi nəzərdə tutulub.

Bu ilin üç ayında Lerik rayonunda işləyənlərin orta aylıq əmək haqqı 324,7 manat təşkil edib. Ən yüksək əmək haqqı bank, qaz, təhsil, elektrik şəbəkəsi və yol tikinti idarələrində olub.

Yığıncaqda çıxış edənlər bu ilin birinci rübündə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev iştirak edib.

Sonda yığıncaq iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here