RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.08.14 19:31

Lerikdə avtomobil dərəyə aşıb, üç nəfər xəsarət alıb

652

Lerik rayonunda yol qəzası baş verib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Babəli Canəli oğlu Məhərrəmovun idarə etdiyi “Lexus” markalı minik avtomobili dağlıq ərazidə yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər – 2004-cü il təvəllüdlü Seyidəli Babəli oğlu Məhərrəmov və 2000-ci il təvəllüdlü Müseyib Baləddin oğlu Cahangirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti daha ağır olan sürücü Reanimasiya, digərləri isə Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı