Leyla Əhmədova – ANA

Leyla Əhmədova – ANA

Leyla Əhmədova

ANA
13 fevrala saatlar qala qrupyoldaşım Leylanın təkidi ilə yazıram)). Söhbətimi ana barədə açmaq istəyirəm. Ana dedikdə hər kəs bir hiss keçirdir ürəyindən kimi sevgi, kimi kədər, kimi nifrət, kimi də yad bir söz kimi anlayır. Ana adını hər kəs qazana bilər, amma hər kəs bu adı daşıya bilmir ağır gəlir. Məsələn, nələrinsə uğruna öz körpəsini atanlar… Sosial şəbəkələrin birində oxumuşdum 16 yaşlı orta məktəbli bir qız təzə dünyaya gəlmiş körpəni diri-diri basdırıb. Hər ölkədə yüzlərlə belə hadisələr baş verir, hansı ki, boş bir səbəb uğruna yüzlərlə körpələr məhv olur. Birdə övladı qızdı deyə uşaq evinə atanlar da var. Bax onlar heç bağışlanmamalıdır.. Halbuki ana olmaq həsrəti ilə yaşayan neçə ailələr var. Əlindən tutub parkda gəzdirmək arzusu ilə yaşayan insanlar var. Müqəddəs bir kəlmə o qədər ucuzlaşıb ki, hər kəs adi qəbul edir. Ana olmaq asandır, amma analıq vəzifəsini yerinə yetirmək çətin. Yalnız ana bütün həyatını övladına sərf edər.
Analar da var övladları tərəfindən zorakılığa məruz qalır: döyülür, küçəyə atılır , qocalar evinə göndərilir. İnsan övladı nə qədər nankor ola bilərki, illərlə ona qayğı göstərən, boğazından kəsib ona paltar,kitab-dəftər alan bir ananı əşya kimi bir kənara ata bilər, hansı ki, ana həsrəti ilə yaşayan insanlar varkən, ana qoxusu özləmi ilə yaşayanlar varkən…Bir yerdə oxumuşdum əgər süfrədə 3 nəfərlik yemək varsa , mən ac deyiləm deyən yalnız ana olacaqdır. Bu sevgi deyilsə nədir bəs?! Siz hər evdən çıxanda “ papaq tax soyuq olar” deyən yalnız anadır. Hər siz ağlayanda, xəstələnəndə, gecə yuxusuz qalıb sizə laylay oxuyan yalnız anadır. Sosial şəbəkələrin birində maraqlı karikatura paylaşmışdılar: Bir oğlan və ana təsvir olunub. Oğlu zirvəyə anasının köməyi ilə pilləkənləri bir-bir qalxır və zirvəyə çatdıqda isə “mən bacardım bunu” deyərək qışqırır, halbuki anası olmasaydı elə ilk addımda yıxılardı.Hətta oğlu olan analar bunu daha yaxşı bilər, siz oğlanlar hərbi xidməti çəkərkən analarınızda sizinlə birlikdə 1 il 6 ay yolunuzu gözləyir. Övlad acısının nə olduğunu və ömrünün sonuna kimi bu acıyla yaşamağı ən yaxşı analar bilər. Bəlkə də yazdıqlarım 18 yaşlı biri üçün şablon ola bilər, amma həqiqətdir. Analıq hissi o qədər dərin və o qədər xoşbəxt bir hissdir ki, sözlərlə ifadə etmək çox çətindir. Gəlin hər zaman nəinki analarımızın , ümumilikdə ailəmizin qədrini bilək, çünki onlar bizim tükənməyən sərvətimizdir.