Leyla Əhmədova – Var olmayan xoşbəxtlik

Leyla Əhmədova – Var olmayan xoşbəxtlik

Leyla Əhmədova

Var olmayan xoşbəxtlik

Oturmuşdu. Bütün həyatı bir fraqment kimi gözünün önündən keçirdi. Qırışmışmışdı üzü, əlləri və artıq yaşlanmışdı. Gözlərinə baxdıqda isə gördüklərin yalnız bu heyata nifret olardı. Çünki o qədər uğursuzluqlar yaşamışdı ki, yaşadığı bütün bunlar onun üçün çox menasız idi. Həyat ona qarşı çox amansız olmuşdu. Onun üçün bu qədər pul heç nə idi. Çünki bu pullar ona heç vaxt xoşbəxtlik gətirmiyib bu qədər varlıq içərisində olmasına baxmayaraq her şeyini – əzizlərini itirmişdi. Bəlkə də o bu həyat oyunu içərisində xoşbəxtliyi tapa bilməyib. Şəhərdən kənar kiçik bir evdə anadan olmuşdu. Hələ o kiçik yaşında həyat ona qarşı çox amansız olmuş və o anadan olan zaman anasını itirmişdi. Həyat dolu bir uşaq idi çoxlu arzuları xəyalları vardı oxuyacaqdı işləyəcəkdi və o atasına baxacaqdı. O altı yaşında ikən Atası işlədiyi tikintidə qəza nəticəsində həyatını itirmişdi. Artıq o tək idi. Bu andan etibarən həyat onun üçün bir yazı yazdı. Çox çətinliklərdən keçdi böyüdü oxudu işlədi. Arzusu bu idi işləyəcəkdi. Ancaq heyat ona bir sürpriz hazırlamışdı… o sevdi. Ancaq sevgi də amansızlıqlarla dolu idi. Aldatdı onu. İllər sonra sevmədiyi biri ilə ailə həyatı qurdu. İşi ona çoxlu gəlir gətirirdi. Ancaq o bununla xoşbəxtliyi ala bilməzdi. Bir övladı vardı onu heyata bağlayan tek varlıq yanan bir ulduzu. Gün gəldi bu ulduz söndü. Həyatdan ümidini kəsmiş ölmək istəyirdi. Hətta ölməyi belə bacarmadı. Amma ömrünün son günlərini rahatlıqla keçirdi. Oturub bunları düşünüb həyatın niyə ona bu qədər amansız olduğunu anlamağa çalışırdı və o anda həyata əbədiyyən gözlərini yumdu.