Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaru Visoskunun “Qara bağın faciəsi” adlı kitabının imza mərasimi olub. Kitab Litva və rus dillərində çap edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi və Şaulyay “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə yüzdən çox kitab imzalanaraq sahiblərinə təqdim olunub.

Tədbirdə çıxış edən müəllif Gintaru Visosku Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb.

Şaulyaydakı diasporumuzun nümayəndələrinin də iştirak etdiyi tədbirdə “Azərbaycan” Cəmiyyətinin rəhbəri Bəhram Zeynalov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti barədə iştirakçılara geniş məlumat verib.

Tədbir çərçivəsində Şaulyayda fəaliyyət göstərən yəhudi folklor qrupunun çıxışı izlənilib, qonaqlara Azərbaycan çayından və şirniyyatlarından ibarət süfrə təqdim olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here