Litvaya ilin əvvəlindən bəri 19 minə yaxın miqrant gəlib

Litvaya 2019-cu ilin ötən dövründə 19 minə yaxın miqrant gəlib.

SİA Litva Dövlət Statistika Komitəsinin rəsmi məlumatına istinadən xəbər verir ki, son 4 ayda ölkəyə gələnlərin sayı ölkəni tərk edənlərin sayından çox olub. Lakin miqrantların məhz hansı ölkələrdən gəldiyi barədə məlumat verilməyib.

Ölkədə aparılan sorğular nəticəsində məlum olub ki, yerli əhalinin yalnız 35 faizi başqa millətlərə müsbət yanaşır. 46 faiz onlara sadəcə dözdüyünü, 14 faiz isə miqrant axınına qarşı olduğunu deyib.

Litva hökuməti 2021-ci ildən üçüncü ölkələrdən gələn miqrant sayına kvota tətbiq etməyi razılaşdırıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here