RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.10.20 00:30

Livanda on minlərlə insan küçələrə çıxıb

104

Cümə günü iqtisadiyyatı talan etdiyini deyərək, hökumətin istefası tələbi ilə Livan boyu küçələrə çıxan on minlərlə qəzəbli insan yolları bağlayıb və təkərləri yandırıb.

Livanda illərdən bəri keçirilən ən irimiqyaslı etirazlar ölkənin müxtəlif təriqətlərinə mənsub olan insanları küçələrə çıxarıb.

Biz artıq bu vəziyyətə dözə bilmədiyimiz üçün küçələrə çıxdırıq. Bu, tamamilə korrupsiya rejimidir. Hamısı oğrudur.
Nümayişlər zamanı Baş Nazir Səad Əl-Həriri hökumətini istefasına çağıran plakatlar qaldırılıb və şüarlar səsləndirilib.

Cümə günü günortadan sonra paytaxt Beyrut da daxil olamqla Livanın cənub, şimal və şərqindəki kənd və şəhərlərinin sakinləri kütləvi yürüşlərə çıxıb. Müsəlman və ya xristian olmasından asılı olmayaraq, ölkənin bütün siyasi liderləri tənqidlərə məruz qalıb.

Etirazçılar prezident Mişel Aunun şəhərdən kənardakı iqamətgahına qədər irəliləyib.

Ölkə boyu etirazçılar, Aun, Həriri və parlamentin spikeri Nabih Berrinin istefasını tələb ediblər.

Bundan əvvəl başqa görünməmiş bir hadisə də baş verib – Şiə etirazçılar Livanın nüfuzlu Hizbulla və ölkənin cənubundakı Amal hərəkatından olan deputatların ofislərinə hücum ediblər.

“Biz artıq bu vəziyyətə dözə bilmədiyimiz üçün küçələrə çıxdırıq. Bu, tamamilə korrupsiya rejimidir. Hamısı oğrudur. Onlar hakimiyyətə xalqa xidmət üçün deyil, ciblərini doldurmaq üçün gəlir,” deyə nümayişə oğlu ilə birlikdə gələn Fadi İsa bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı