“Məcburi köçkünlərə ödənişsiz hüquqi yardım” göstətilir

“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi, “Legal Standard” MMC ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyilə “Məcburi köçkünlərə ödənişsiz hüquqi yardım” layihəsini həyata keçirir.  Layihə haqqında qhtxeber.az-a məlumat verən layihə  rəhbəri  prof. Mayis Əliyev bildirib ki,  2019-cu ilin dekabr ayının 30-dək icra olunacaq layihə  Bakı, Gəncə şəhərlərini və Bərdə rayonlarını əhatə edir. Layihənin əsas  məqsədi  məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilməklə onların pozulmuş və ya təmin olunmamış hüquqlarının bərpasında köməklik etməkdir. Məcburi köçkünlərə peşəkar hüquqi yardımın göstərilməsi, hüquqi problemlərinin həllində və ya pozulmuş hüquqlarının bərpasında köməklik göstərilməsi üçün Bakı şəhərində Yasamal rayonu Şərifzadə küçəsi, 122 (Telefon:  +99450 569 59 69) , Gəncə şəhərində Həsən Əliyev küçəsi, 61 (Telefon: +99455 636 20 20) və Bərdə şəhərində Heydər Əliyev prospekti, 106 (Telefon: +99450 220 10 09)  ünvanlarında layihənin ofisləri fəaliyyətə başlayıb. Həmin ofislərdə məcburi köçkünlərə vəkillər kollegiyasının üzvləri tərəfindən ödənişsiz hüquqi yardım xidməti göstərilir.  Həmin ofislər fevral ayından fəaliyyətə başlayıb və noyabr ayının 30-a kimi öz fəliyyətlərini davam etdirəcək. Layihə çərçivəsində, həmçinin qaynar xətt xidməti də istifadəyə verilib. Eyni zamanda layihə ilə bağlı sosial şəbəkələrin imkanlarından da geniş istifadə olunacaq. Belə ki, məcburi köçkünər üçün  whatsapp nömrə aktiv olacaq və onlar “facebook” vasitəsi ilə də hüquqi məlumat ala biləcəklər. Əlavə məlumat üçün koordinator Ülvi Əliyevdir. Qaynar xətt: 077 607 66 61

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here