RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Mədəniyyət və Tanıtım müşavirliyi tərəfindən nəşr edilən kitabların təqdimatı olub

484

Azərbaycan Yazıçılar Birliyində (AYB) Mədəniyyət və tanıtım müşavirliyimizin  tərəfindən nəşr edilən kitabların təqdimat mərasimi keçirilib.

Tədbirdə Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan, AYB-nin sədri, xalq yazıçısı Anar, yazıçılar birliyin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nihad Gül, Azəri Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan millət vəkiləri və ictimai  xadimləri iştirak edib.

Təqdimat mərasimində müşavirliyimiz  tərəfindən çap edilən Elman Quliyevin “Türk xalqları ədəbiyyatı”, Leyla Faiqqızının “Məhməd Akif Ərsoy”, Sona Çərkəzin “Ölüm hələ son deyil” kitabları ictimaiyyət nümayəndələrinə təqdim olunub.

Təqdimat günündə  çıxış edən  müşavir Seyit Ahmet Arslan bildirib ki, Mədəniyyət və Tanıtma  müşavirliyi olaraq , Azərbaycan ədəbiyyatı üçün bu üç kitab layhəsinə dəstək vermələrindən  məmnun olduğunu qeyd edib.

Eyni zamanda təbirdə çıxış edən kitabların müəllifləri və digər qonağlar müşavir Seyit Ahmet Arslana belə bir dəyərli  işdə  onlara dəstək verdiyinə  görə,  öz minnətdarlıqlarını bildiriblər.

kitab4 kitab3 kitab2 kitab1

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı