Mədəniyyət və Turizm Nazirliyi sökülən “Bakı” kinoteatrı ilə bağlı açıqlama verdi

Mədəniyyət və Turizm Nazirliyi “Bakı” kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib ki, “Bakı” kinoteatrı artıq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində deyil: “Həmin kinoteatr uzun müddət əvvəl özəlləşdirilib”.

Qeyd edək ki, “Bakı” kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlar yayılıb.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here