RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Məktəbəqədər təhsil sahəsində təhsil almış gənclər üçün könüllü proqramı

1.0K

Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağında açılacaq “Çərpələng” məktəbəqədər təhsil kursu Məktəbəqədər təhsil sahəsində təhsil almış gəncləri könüllü dərslərə qatılmağa dəvət edir. Dərslər bu sahədə təcrübəsi olan müəllim tərəfindən aparılacaq və könüllü müəllimlik etmək istəyən şəxs dərslərdə oturaraq təcrübəyə yiyələndikdən sonra işə başlayacaq.Sonda Birlik tərəfindən sertifikatla təltif olunacaq. Həftənin 3 günü saat 11:30-12:30 dək.

Minimum 6 ay müddət

Əlaqə: mail: [email protected]

tel: 0515837163, 0552783512

P.S. Dostlar, “Çərpələng” layihəsinin məqsədi sığınacaqda məskunlaşmış uşaqları məktəbəqədər təhsilə cəlb etmək, onların vaxtının səmərəli istifadəsini təşkil etmək, qrupdaxili kommunikasiya vərdişləri aşılamaq, psixoloji yardım göstərməkdir. Layihə könüllü şəxslər tərəfindən irəli sürülmüşdür və 4 nəfər komandadan ibarətdir. Sığınacağın nəzdındə dərs otağı təşkil ediləcəkdir. Artıq yardımlar sayəsində dərs ləvazimatları alınmışdır. Hal-hazırda dərs otağı hazırlanır. Yardım etmək və layihəyə donorluq etmək niyyətində olan hər kəs bizimlə əlaqə saxlaya bilər.

 

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı