Məktəblərdə şagirdlər soyuqdan donur?

Təhsil Nazirliyi məktəblərdə istilik sisteminin quraşdırılmaması, şagirdlərin sinif otaqlarında soyuqdan donması haqda yayılan məlumatlara aydınlıq gətirib.

Təhsil Nazirliyindən bildirilib ki, maye yanacaqla qızdırılan məktəblərə yanacağın verilməsi prosesi bir müddət olar ki, başlayıb.

Məlumatda qeyd edilib ki, fərdi qazanxanası olan məktəblər isə istiliklə təmin olunub.

Nazirlikdən bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, məktəblərə istiliyin tez verilməsi ilə bağlı müvafiq dövlət qurumuna müraciət olunub.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here