Məktəblilər radiasiyanın bioloji obyektlərə təsirləri barədə məlumatlandırılıblar

AMEA Radiasiya Problemləri İnstitutunda (RPİ) Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 211 saylı tam orta məktəbin VII və IX sinif şagirdləri üçün seminar keçirilib.

Seminarda institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva  bu elmi müəssisənin yaranma tarixi, fəaliyyəti, mövcud laboratoriyalarda aparılan elmi tədqiqat işləri, radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, eləcə də əldə olunmuş nailiyyətlər və institutun beynəlxalq əməkdaşlıq əlaqələri barədə məktəblilərə məlumat verib.

Sonra institutun Radiobiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Cəmalə Orucova “Radiasiyanın bioloji obyektlərə təsirləri” mövzusunda təqdimatla çıxış edib. O, radiobiologiyanın yaranması və bir elm kimi formalaşması, canlı orqanizmlərin radiasiyaya qarşı həssaslığı, onların radiasiyanın zərərli təsirlərinə qarşı davamlılığı və radiasiya şəraitinə uyğunlaşması, həmçinin radiasiyanın yaradacağı fəsadlar və onun zərərli təsirindən mühafizə ilə bağlı məlumat verib.

Daha sonra C.Orucova məktəblilərin çoxsaylı suallarını cavablandırıb.

Seminarın sonunda şagirdlər institutun laboratoriyaları ilə tanış olublar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here