Məlumat Hesablama Mərkəzi ilə “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb

Bakıda keçirilən “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini ehtiva edən müqavilədə “Ağıllı şəhər”, “Əşyaların interneti” kimi layihələr üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 50 illik təcrübəyə maliık “Cibernos” Avropanın ən böyük texnologiya şirkətlərindəndir. Şirkət bir sıra Avropa ölkələrinə öz elektron həllərini təklif edir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here