RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.11.08 16:09

Məmmədyarov İordaniyanın yeni səfiri ilə görüşüb

16

Xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Səmi Abdulla Ğoşeni qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən Elmar Məmmədyarov, bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusilə vurğulayıb.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən səfir Səmi Abdulla Ğoşe diplomatik fəaliyyəti dövründə İordaniya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə səfir Səmi Abdulla Ğoşe etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib. Nazir səfir təyin olunması münasibətilə onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı