“Mən Azərbaycanlıyam” Milli İntellektual Bilik yarışması keçiriləcək

17 oktyabr 2014-cü il tarixində “Odlar Yurdu “ Gənclər İctimai Birliyinin təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının ev sahibliyi ilə Azərbaycanın şanlı tarixlərindən olan 18 oktyabr Milli Müstəqillik gününə həsr olunmuş “Mən Azərbaycanlıyam” Milli İntellektual Bilik yarışmasını növbəti dəfə həyata keçirəcək. Dialoq.info-un məlumatına görə oyunun qalibinə qiymətli hədiyyələr təqdim olunacaq. Oyunda yalnız 17-25 yaş arası gənclər iştirak edə bilər.Oyunda iştirak edib qalib gəlmək istəyirsinizsə , aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.

https://docs.google.com/forms/d/10QGbJRc6cjHTTjRk2A124nUfjTSA-HWI1Ozerh_3qjI/viewform