RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL 2019.11.08 08:23

“Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçiriləcək

21

AMEA-nın Şəki Regional Elmi Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı ilə birlikdə “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçirəcək.

Trend-in məlumatına görə, Şəki rayonu ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçiriləcək müsabiqə onların Nəsimi yaradıcılığına, ədəbiyyatımız və milli-mənəvi dəyərlərimizə, eləcə də elmə maraqlarının artırılması məqsədi daşıyır.

Müsabiqəyə təqdim olunacaq esselər “Nəsimi lirikasında insan”, “Nəsiminin qəzəl yaradıcılığı”, “Nəsimi yaradıcılığında əruz vəznindən istifadə məsələləri”, “Hürufizmin Nəsimi yaradıcılığında əksi”, “Nəsimi yaradıcılığında folklor ünsürləri” və “Nəsimi yaradıcılığı və milli-mənəvi dəyərlərimiz” mövzularını əhatə etməlidir. Hər müəllif yalnız bir mövzuda esse yazısı ilə iştirak edə bilər. Esselər Azərbaycan dilində yazılmalı və həcmi 2000 sözdən çox olmamalıdır.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər ad, soyad, atasının adı, təmsil etdiyi sinif və məktəbin adı, eləcə də əlaqə telefonunu noyabrın 20-dək [email protected] elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı