“Mən Liderəm Konsepsiyası” təlimi

Tarix: 25 oktyabr, saat: 14:30

Ünvan: Səbail rayonu, Mehdi Hüseyn 1.A (Milli Məclisin yanı), Baku, Azerbaijan Axın İctimai Birliyi

Təimçi: Esmira Niftili
2003-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Politologiya
ixtisası üzrə bakalavr, 2007-2008-ci illərdə Ankarada Türkiyə və
Yaxın Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) İnzibati
idarəetmə istiqaməti üzrə magistr, 2008-2009-cu illərdə DİA-da
Beynəlxalq əlaqələr sahəsi üzrə ikinci magistr təhsili almışdır.
Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi və doktorantıdır. Burada “Liderlik və işgüzar ünsiyyət”, “İctimaiyyətlə əlaqələrin təşkili və idarə olunması”, “Dövlət idarəçilik etikası” və “Bürokratiya nəzəriyyələri” fənlərini tədris edir.
Eyni zamanda təlimçilik fəaliyyəti ilə də məşğul olur. ATGTİ-nin 3 liderlik məktəbində, Bakı Ali Neft Məktəbində, ASAN Xidmətdə müxtəlif mövzularda təlimlər keçmişdir. Bu ilin yayında ASAN Xidmətin təlimçilər üçün təşkil etdiyi 30 saatlıq “Yetkin insanların təhsili üzrə mütəxəssis proqramı”nda iştirak edib, müvafiq sertifikat almışdır.
“Axın” İctimai Birliyində olan təlim “Mən Liderəm Konsepsiyası” mövzusuna həsr edilmişdir. Burada aşağıdakı mövzular haqqında bəhs ediləcəkdir:
• Liderlik haqqında ümumi məlumat
• İnsanın birinci və ikinci dəfə dünyaya gəlişi
• Liderin “Mən konsepsiyası”
• Bizim yaşadığımız dünyanın psixoloji xəritəsi
• Dünya modelinin məhdudluğu
• Dünyanın müxtəlif modellərinin toqquşması
• Böyük məqsəd – öz taleyini idarə etmək
• Mənim adım və vizit kartım adlı işgüzar oyun.

Qeydiyyat: https://docs.google.com/forms/d/1-Df8Rj2_KGws_JzxcW8jYhw0YNErKTTT89UKY9logGQ/viewform?edit_requested=true