“Mənim Uğur Komandam ” adlı təlim keçirilib (fotolar)

Mənim Uğur Komandam

25 oktyabr  Gənclər evində   “Mənim Uğur Komandam ” adlı təlim keçirilib. Fəxri Məmmədli tərəfindən keçirilən təlimdə “uğurlu komandanın qurulması“, “komandada lider seçimi”, “intriqalar və onların həlli yolları”, “liderlə müdirin fərqli cəhətləri”, “komandada motivasiyanın rolu”, “iş bölgüsü” və s mövzular qeyri-formal tədris vasitələrilə gənclərin nəzərinə çatdırılıb.

Dialoq.info-nun məlumatına görə, təlimdə 60-a yaxın fəal gənc iştirak etmişdir. Mövzuyla bərabər gənclərin praktiki  bacarıqları,  komplekslər səddinin aşılması da təlimin əsas  hədəflərində idi. Bu mənada mövzuyla bağlı əyləncəli komanda oyunları keçirilmişdir.

Qeyd edek ki, ekspert Fəxri Məmmədli mütəmadi olaraq “Komanda işi”, “Liderlik”, “Motivasiya”, “Bədən dili”, “Biznes plan”, “Natiqlik” “NLP”, “Marketing planın qurulması”, “Zamanın idarə olunması” , Stresin idarə olunması” və s. təlimləri tədris etməkdə 5 ildən artıq təlimçilik təcrübəsinə malikdir. Müxtəlif  radio və televiziya kanallarında müəllif, aparıcı kimi çalışmış, bir sıra beynəlxalq layihələrin keçirilməsində təşkilatçılıq edib. Fəxri Məmmədli gənclərin inkişafına yönəlmiş müxtəlif layihələrin müəllifidir. Hazırda yerli şirkətlərin birində marketing menecer və Karabakhinfo.com da jurnalist kimi fəaliyyyət göstərir. Qeyd edek ki, Karabakhİnfo.com Qarabağla bağlı 10 dildə məlumat təqdim edən beynəlxalq elektron  jurnaldır.

Təlim Gənclər evinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Məlumat üçün deyək ki, Gənclər evi gənc nəslin bilik və bacarıqlarının artırılması üçün daima müxtəlif layihələr icra edən mərkəzdir.

Təlim sonunda ekspert Fəxri Məmmədli və Gənclər evinin rəhbəri Gülnar Zamanova  bu tip birgə layihələrin  davamlı olaraq keçiriləcəyini vurğulayıblar.