Mərkəz sədri Azərbaycan İlahiyyat İnstitunda olub

Bu gün İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Azərbaycan İlahiyyat İnstitunda olub. Qonağı salamlayan İnstitutun rektoru Ceyhun Məmmədov Azərbaycanla İran arasındakı çoxəsirlik tarixə malik münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.

O, eyni zamanda İnstitutun fəaliyyəti, gələcək planları ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, İlahiyyat İnstitutu müsəlman ölkələrinin analoji qurumlarının təcrübəsini öyrənməyə, onlarla sıx əməkdaşlıq etməyi planlaşdırır. Qonaq öz növbəsində yeni yaranmış İnstituta müvəffəqiyyətlər arzulayıb. O, xüsusən İnstitutda fars dili və İslam incəsənəti ilə əlaqəli kursların təşkil edilməsində, həmçinin İranda mövcud olan elmi mərkəzlərlə əlaqələrin qurulmasında və İnstitutun kitabxanasının zənginləşdirilməsində İran Mədəniyyət Mərkəzinin Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlığa hazır olduğunu bildirib.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here