Mərkəzdə tibbi müayinənin təşkilinə dair müşavirə keçirilib

İsmayıllıda Heydər Əliyev Mərkəzində səhiyyə mütəxəssislərinin, işçi qrup rəhbərlərinin, icra nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, komissiya sədri Mirdaməd Sadıqov tibbi müayinənin əhəmiyyəti və mahiyyətindən, bu sahədə icra strukturlarının üzərinə düşən vəzifələrdən, tibbi müayinənin xalqa xidmətin gərəkli yolu olduğundan ətraflı bəhs edib: “Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinəsinə başlanılıb. Bununla əlaqədar rayon icra hakimiyyəti sərəncam verib, tibbi müayinənin nümunəvi təşkili ilə bağlı tədbirlər müəyyənləşdirilib. RİH başçısının sədrliyi ilə 22 nəfərdən ibarət komissiya yaradılıb, işçi qruplarının tərkibi hazırlanıb, qrafik tərtib edilib”.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov tibbi müayinənin keçirilməsi ilə əlaqədar hazırlıq işləri, təchizat problemlərinin həlli, səyyar həkim briqadalarının yaradılması barədə məlumat verib. Bildirilib ki, bütün tibb müəssisələri müayinə üçün tam hazır vəziyətə gətirilib.
Komissiyanın sədr müavini, RİH başçısının müavini Sevil Əhmədova iştirakçıları tibbi müayinə qrafiki ilə tanış edib, 1 may tarixinə qədər davam edəcək tibbi müayinə və dispanserizasiyasının yüksək səviyyədə həyata keçiriləcəyini açıqlayıb: “İşin ilkin təşkili göstərdi ki, əhalinin tibbi müayinəsi geniş miqyaslı, əhatəli və müsbət nəticəli olacaq”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here