Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyasının birgə yaradıcılıq müsabiqəsinin vaxtı uzadılıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə yaradıcılıq müsabiqəsinin vaxtı martın 30-u saat 18:00-dək uzadılıb.

Bankdan bildiriblər ki, müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək müsabiqə mövzusuna uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etməkdir.

Daha ətraflı məlumatı Mərkəzi Bankın rəsmi internet səhifəsindən (www.cbar.az), Maliyyə Savadlılığı Portalından (www.bizimpullar.az) və Maliyyə Savadlılığının Facebook səhifəsindən (@bizimpullar) əldə etmək mümkündür. Əlaqə üçün: [email protected], (012) 493-11-22 (daxili 161).

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here