Mərkəzi Bank dizayn müsabiqəsi elan edir

Mərkəzi Bank dizayn müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Naxçıvan MR – 90 il” mövzusunda qızıl, “Əsrin müqaviləsi – 20 il” və “Bakı-Tbilisi-Qars dəmir yolu” mövzularında gümüş xatirə sikkələrinin dizaynının yaradılması məqsədilə müsabiqə elan edir. Bu barədə MB saytına istinad edən Banco.az saytı məlumat verir.

Müsabiqədə iştirak etmək üçün xatirə sikkələrinin eskizləri və iştirakçıların şəxsiyyət vəsiqəsinin surəti 15 noyabr 2014-cü il tarixinədək Mərkəzi Banka təqdim olunmalıdır.

Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq.

Hər mövzu üzrə müsabiqənin qalibi üçün 500 manat məbləğində pul mükafatı və bir ədəd gümüş xatirə sikkəsi müəyyən olunmuşdur.

Əlaqə: [email protected] tel. 4931122 (daxili 386)