Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il dekabr ayının 1-nə 5 mlrd. 254,2 mln. dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 243,2 mln. dollar və ya 30,99% çoxdur.

Noyabr ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 33,2 mln. dollar və ya 0,64% artıb.

Cari ilin əvvəlindən artım 1 mlrd. 226,3 mln. dollar və ya 30,85% olub.

“APA-Economics”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here