Mərkəzi Elmi Kitabxanada Kembric Universiteti Nəşriyyatının təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Kembric Universiteti Nəşriyyatının təqdimatı keçirilib.

Tədbirdə Kembric Universiteti Nəşriyyatının nümayəndəsi Leszek Czervinski təqdimatla çıxış edib. Kembric Universiteti Nəşriyyatının fəaliyyəti haqqında danışan L.Czervinski nəşriyyatın ilk çap nümunəsinin 1584-cü ildə dərc edildiyini və hər il 400 jurnal və 1500 kitab nəşr etdiyini bildirib. L. Czervinski Kembric Universiteti Nəşriyyatının məlumat bazasında 36000 elektron kitabın olduğunu qeyd edərək, nəşriyyatda keyfiyyətə nəzarətin ciddi olduğunu vurğulayıb. Nəşriyyata təqdim edilən yazıların qəbul qaydaları, mexanizmi və elmi jurnalların təsir amilindən danışan L. Czervinski elmi yazılarını dərc etmək istəyən alimlərin nəşriyyat seçimində diqqətli olmalarını tövsiyə edib.

Çıxışının sonunda Kembric Universiteti Nəşriyyatının nümayəndəsi istifadəçilərə təqdim etdikləri “açıq mənbə” xidmətinin müsbət və mənfi tərəfləri barəsində geniş açıqlama verib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here