ƏSAS SƏHİFƏ

Məşhur şəxsiyyətlər haqqında maraqlı məlumatlar

1.1K

Məşhur Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu Napoleon Bonapart əslində italyan əsilli imiş. Hətta onun italyan olduğuna və uşaqlıqda Fransaya nifrət etdiyinə dair bir çox iddialar vardır. Çünki o, Korsikada doğulmuşdu və məşhur sərkərdə olduğu illərdə bu ada, italyanların əlindən fransızların əlinə yenicə keçmişdi.

napaleon

Məşhur ingilis alimi, fizik İsaak Nyutonun ölümündən sonra, şəxsi qeydləri arasından onun kimya, astrologiya və gizli elmlər haqqında yazılmış minlərlə səhifədən ibarət qeydləri tapılmışdır.

66498b
Dünyanın ən məşhur idman markalarından olan Adidas və Puma, əslində II DÜnya Müharibəsindən əvvəl eyni ayaqqabı fabrikini işlədən, amma müharibədən sonra küsərək bir-birindən ayrılan və fərqli fabriklər yaradan iki qardaşa aiddir. Qardaşlardan Adolf Dassler, Adidas adı altında işini davam etdirmiş, Rudolf Dassler isə Pumanı yaratmışdır. Hər ikisinin də mərkəzi Almaniyanın Herzogenaurach şəhəridir.

58af69

Məşhur alman bəstəkarıLüdviq Van Bethovenin ölümünün səbəbi «Cam Armonika» (Klassharmonika) adlanan bir musiqi aləti idi. Bu alətin 18-ci əsrdə Benyamin Franklin  mexaniki versiyasını icad etmiş və «armonica» (armonika) adını qoymuşdur. İtalyanca «armonica» harmoniya deməkdir. Barmaqların isladılmasından sonra fırlanan qurğu, üzərindəki stəkanlara sürtünərək səs çıxararmış. Bethovenin güllədən zəhərlənərək öldüyü onsuz da məlum idi, ancaq bu zəhərlənməyə çay balıqlarının səbəb olduğu ehtimal edilmişdi. Halbuki, Bethoven  xəstələnməzdən öncəki vaxtlarında klassharmonika ilə həddindən artıq çox məşğul olmuşdu. Hansı ki, bu alət sağlamlıq baxımından çox təhlükəli olan gülləli şüşədən hazırlanmışdı. İnsanların havalanmasına və ölümünə səbəb olan bu alət sonradan qadağan edilmiş, gülləli şüşə əvəzinə kristal şüşə istifadə olunmağa başlanmışdır.

66498b

XVIII əsrdə macərapərəstliyi və eşqbazlığıyla məşhur olan, politikadan fəlsəfəyə, casusluqdan sehrbazlığa qədər əlindən hər iş gələn və adı bu günümüzə miras qalan italyan Giacomo Casanova ömrünün son illərini, sevilmədiyi bir qalada kitabxanaçı kimi yaşamış və səs-səmirsiz dünyadan köçmüşdür.

44eba7

XIX əsrdə «Nuremberqli kiçik adam» kimi tanınan Matthev Birchinger adlı bir adam dörd musiqi alətində tam qüsursuz çala bilir, çox ustalıqla xəttatlıq edir, bu günün özündə kimsənin baş aça bilmədiyi sehrbazlıq oyunları çıxarırdı. Təəccüblüsü odur ki, bu adamın qolları və beldən aşağısı yox idi. Boyu isə cəmisi 73 sm idi.

a5dd54

Məşhur detektiv yazıçı, “Şerlok Holms” əsərinin müəllifi Artur Konan Doyl, əslində bir göz həkimi imiş.

ed3af8

Hindistan müstəqillik hərəkatının siyasi və ruhani rəhbəri Mahatma Qandinin ilk vətəndaş oyanışı, düşünüldüyü kimi Hindistanda deyil, Cənubi Afrikada baş vermişdi.
Burada işlədiyi illərdə, ağ olmayan irqlərə qarşı göstərilən ayrı-seçkilikdən bir hindli kimi o da öz nəsibini almışdı. Bir gün qatarla səfər etdiyi zaman, birinci yerə bileti olduğu halda üçüncü yerə keçirilmiş və o, etiraz edərkən qatardan bayıra çıxarılmışdır. Bu kimi hadisələr siyasi baxımdan onun üçün bir dönüş nöqtəsi olmuşdur. Qandi ilk dəfə Cənubi Afrikada yaşayan hindlilərin vətəndaş haqları uğrunda mübarizə aparmışdır.487ae3

Elm və sənət sahəsindəki çalışmalarıyla məşhurlaşan Leonardo do Vinçi bir vegeterian və heyvan haqlarının müdafiəçisi idi. O, qəfəsə salınan quşları alır, sonra da azadlığa buraxırdı.

44011c

Dünya şöhrətli rus bəstəkarı Aleksandr Borodin əsasən kimyaçı alim idi. O, ömrünün sonunacan hər iki sənətini bir arada inkişaf etdirməyə çalışıb.0fe822

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı